
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Yaradıcı Həftə” çərçivəsində dövlət dəstəyi ilə istehsal olunmuş filmləri tamaşaçılara daha yaxından tanıtmaq və gənc nəslin milli-mədəni ruhda formalaşmasına töhfə vermək məqsədilə ölkənin aparıcı ali təhsil müəssisələrində film nümayişləri təşkil edilib.
Tədbirlər çərçivəsində “Qisas almadan ölmə”, “Olimpia”, “Biz”, “Canavar ovu”, “Qafqaza qayıdış” kimi bədii və sənədli filmlər ADA Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dillər Universiteti və Azərbaycan Texniki Universitetində müəllim və tələbələrin iştirakı ilə nümayiş etdirilib.
Eyni zamanda filmlərin yaradıcı heyətləri, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin əməkdaşlarının da iştirak etdiyi nümayişlərdə təqdim olunan filmlər tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür