senetaz

Həsən Əliyev 80 D

29 Oktyabr 2018 177

Azərbaycan filmləri Beynəlxalq Film Festivalının finalına vəsiqə qazandı

Azərbaycan filmləri Beynəlxalq Film Festivalının finalına vəsiqə qazandı

azerbaycanfilm

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən Gənc Sinemaçılar Klubunun üzvləri Orxan Ağazadənin “Rəqqas”, Rüfət Kərimzadənin “Qurd” və Fərəc Süleymanovun “İtirilmiş cənnət” kinolayihələri 8-ci Malatya Beynəlxalq Film Festivalı çərçivəsində keçiriləcək film platformasının ssenari müsabiqəsinin finalına çıxıb.

Kinostudiyadan Senet.az-a bildirilib ki, bu il keçiriləcək film platforması Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və “Azərbaycanfilm” kinostudiyasının əməkdaşlığı ilə reallaşacaq.