Bu günlərdə Kolumbiya və Azərbaycan xarici işlər nazirlərinin Boqotada baş tutan görüşündə bu ölkənin xarici işlər naziri xanım Mariya Anxela Olgin “İyirmi şeir” (Azərbaycan-Kolumbiya şeiri antologiyası) kitabını xarici işlər nazirimiz Elmar Məmmədyarova təqdim edib.
Qeyd edək ki, bu kitabı Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi Kolumbiyanın ölkəmizdəki səfirliyi ilə birgə ərsəyə gətirib.
Tərcümə Mərkəzindən Senet.az-a bildirilib ki, Mariya Anxela Olgin deyib: “Belə bir toplunun işıq üzü görməsi Kolumbiya ilə Azərbaycan arasında münasibətlərə böyük töhfə verəcək. Məhz ədəbiyyat sahəsində irəli sürülən bu sayaq təşəbbüslər ölkələrimiz arasında anlaşmanın və dostluğun möhkəmlənməsində əsaslı rol oynayacaq. Kitabda Kolumbiya ədəbiyyatı nümunələri dahi Azərbaycan şairləri Nizami Gəncəvi və İmadəddin Nəsiminin, həmçinin müasir Azərbaycan poeziyasının digər qələm sahiblərinin şeirləri ilə yanaşı təqdim olunur. Kitabın təqdimatı iyunun 13-də Bakıda baş tutacaq”.
Daha sonra Elmar Məmmədyarov “İyirmi şeir” kitabı ilə bağlı fikirlərini bölüşüb: “Ərsəyə gəlmiş bu kitab Azərbaycan-Kolumbiya əlaqələrinin yüksələn xətt üzrə inkişafı üçün gözəl nümunə olacaq. Antologiya bizim düzgün istiqamətdə addımladığımızı göstərən vacib elementdir”.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür