
“Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr” mövzusunda II Beynəlxalq elmi konfrans başlayıb.
Senet.az saytının APA-dan əldə etdiyi məlumata əsasən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan mühacirət ədəbiyyatının çoxcəhətli əhəmiyyətini, onun tədqiq olunmasını zəruri edən amillər, bu sahədə ədəbiyyatşünaslığın qarşısında duran vəzifələri qeyd edib. İ. Həbibbəyli bildirib ki, konfrans mühacirət ədəbiyyatına daha sistemli yanaşmağa xidmət edir: “Mühacirət ədəbiyyatı üzrə artıq elmi işlər yazılır, müdafiə edilir.
Mühacirət ədəbiyyatı ölkədən kənarda yaransa da Azərbaycan ədəbiyyatının tərkib hissəsidir. Ona görə də mühacirət ədəbiyyatı seriyasından bir neçə kitab çap ediləcək. Biz bu ədəbiyyata kompleks yanaşmalıyıq”. Akademik Teymur Kərimli, AMEA-nın müxbir üzvü Nərgiz Axundova və başqaları mühacirət ədəbiyyatının ideya mahiyyətindən, yaradıcılıq prinsiplərindən, konfransın əhəmiyyətindən danışıblar. Daha sonra mühacirət ədəbiyyatının problemlərindən bəhs edən məruzələr dinlənilib.
[gallery columns="4" ids="17786,17787,17788,17789"]
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür