Azərbaycan Nəşriyyatları İctimai Birliyi (ANİB) "Əməyə hörmət, qələmə hörmət" devizi altında pirat nəşrlərə qarşı poster müsabiqəsi elan edib.
Senet.az xəbər verir ki, müsabiqənin əsas məqsədi ölkə kitabçılığının önündə ciddi problemə çevirilmiş pirat və qanunsuz kitab nəşrinə diqqət çəkmək, insanları maarifləndirmək və orijinal kitab almağa sövq etməkdir.
Müsabiqəyə istənilən texnika ilə işlənmiş işləri göndərmək mümkündür.
İşlər 23 may 2021 tarixinə kimi info@anib.az ünvanına göndərilməlidir.
ANİB tərəfindən birinci yerin qalibi 300 AZN, ikinci və üçüncü yerin qalibləri isə kitab hədiyyələri ilə mükafatlandırılacaq.
Müsabiqənin münsif heyəti:
• Rəsul Həsən – qrafik dizayner
• Ramin Həsənəlizadə – qrafik dizayner
• Ramil Əliyev – rəssam-illüstrator
• Nurman Tariq – naşir, "Parlaq İmzalar" nəşriyyatının direktoru
• Əli Hənifəyev – naşir, "Çinar" nəşriyyatının direktoru.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür