11-22 may 2016-cı il tarixlərində Fransada 69-cu Kann Beynəlxalq Film Festivalı keçirilir. 2011-ci ildən başlayaraq artıq altıncı ildir ki, sözügedən festivalda Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan kinosu pavilyonu təşkil olunur. Bu il dünyanın ən nüfuzlu kino tədbirində Azərbaycan kinosunu Nazirliyin və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının nümayəndələri, eləcə də rejissor və prodüser İlqar Nəcəf, ssenarist və rejissor Asif Rüstəmov təmsil edirlər. “Azərbaycanfilm” kinostudiyası cari ildə Kann kino bazarına “Qırmızı bağ”, “İçəri şəhər”, “Yarımçıq xatirələr”, “4.1 Şəhər motivləri”, “Keçmişdən məktublar”, “Həddən artıq uyğunluq” və “Xeyirlə Şərin rəqsi” bədii filmlərini təqdim etmiş, filmlərimiz dünyanın yüzə qədər ölkəsindən gəlmiş distribyutor şirkətlərinin diqqətinə çatdırılmışdır. Eyni zamanda, istehsalın müxtəlif mərhələlərində olan “Üç gün və bir ömür”, “Nar bağı”, “Köşk” bədii filmləri kino bazarın xüsusi bölməsinin iştirakçılarıdır. Festival çərçivəsində dünya kino sənayesinin tanınmış nümayəndələri ilə öncədən razılaşdırılmış cədvəl üzrə işgüzar görüşlər həyata keçirilir.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür