Çexiyanın tanınmış ali təhsil ocağı olan Karlov Universitetinin fəlsəfə fakultəsi nəzdində fəaliyyət göstərən “Azərbaycanın və Xəzər Regionunun Tədqiqi Mərkəzinin Bülleteni”nin növbəti nömrəsində AMEA Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşlarının məqalələri dərc olunub.
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin saytında yerləşdirilən məlumata görə, xüsusi fondun müdiri Afət Rüstəmbəyovanın “Azərbaycan tikməsi (qurama) ənənəvi Azərbaycan interyerində” adlı məqaləsində (ingilis dilində, s.2-6) qurama tikmə növünün tarixi nümunələri, xüsusiyyətləri haqqında məlumat verilir.Muzeyin elmi işçisi Emin Dadaşovun “XIX-XX əsrin əvvəllərinə aid fotoşəkillər Azərbaycandakı sosial təbəqələrin öyrənilməsində mənbə kimi” məqaləsi (ingilis dilində, s.7-16) Muzeyin Sənədli mənbələr fondunda qorunan fotoşəkillər əsasında yazılmışdır.
[gallery ids="12880,12879,12878"]Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür