Dünən Yakutiyada iki ildən bir keçirilən "Böyük qarın lütfü" festivalının açılış mərasimi olub.
Artıq dördüncü dəfədir baş tutan festivala İngiltərə, Sloveniya, Tatarıstan, Azərbaycan, Udmurtiya və Rusiyadan yazıçılar, tərcüməçilər, naşirlər qatılıblar.
Builki festival Yakutiyanın Xalq şairi Semyon Danilovun xatirəsinə həsr olunub. Festivalın adı da Danilovun şeirindən götürülüb.
Festivalda Sloveniyadan tanınmış şair-avanqardist Andrey Xoçevar, Udmurtiyadan Xalq şairi Vyaçeslav Ad-Sergi, Azərbaycandan Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının başqanı, şair Əkbər Qoşalı, Tatarıstandan şair Rifat Salah, Moskvadan hərbi münaqişələr sahəsində Novorusiyada ədəbi desantların təşkilatçısı, şair Aleksey Polubotu, tərcüməçi Janna Perkovskaya, "Literaturnoy qazetı" mətbu orqanından "Mnoqoyazıkaya lira Rossii" layihəsinin şef-redaktoru Anastasiya Yermakova ("Literaturnaya qazeta"nın əməkdaşı), İngiltərədən naşir Marat Əhmədcanov (Moskva) iştirak edirlər. Həmçinin, yerli şairlər Sergey Moskvitin, Liza Miqalkina, Rüstəm Kajenkin və Olqa Paşkeviç də festivala qatılanlar arasındadır.
Poeziya bayramı çərçivəsində festivalda iştirak edən qonaqların, həmçinin, tanınmış yakut yazarların "Canlı avtoqraf" mərasimi təşkil edilib. Məhz həmin gün müəlliflərdən biri Rifat Salaxın olduğu "Müasir tatar poeziyası antologiyası" kitabını (yakut dilində) onun imzası ilə əldə etmək şansı olub.
Bu gün isə festival çərçivəsində Milli Kitabxananın tarix zalında poeziya axşamı keçiriləcək.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür