Azərbaycanın əməkdar artisti, Dövlət Akademik Opera və Balet Teatrının solisti, Azərbaycan Milli Konservatoriyanın müəllimi Təyyar Bayramov 2016-cı ilin 27-30 mart tarixlərində Rusiya Federasiyasının Başqırdıstan Respublikasında keçirilən "Зов Урала" adlı Xalq musiqi orkestr və ansambllarının beynəlxalq müsabiqəsində 1-ci yerə layiq görülüb.
Mədəniyyət və Turizm Nazirliyindən Senet.az-a verilən məlumata görə, müsabiqədə Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Tatarıstan, Belarusiya, Rusiya Federasiyasının vilayətləri və digər ölkələr iştirak etmişlər. Müsabiqə ümumilikdə 500 nəfər tərkibdən ibarət olmuşdur.
Azərbaycan Nümayəndə heyətinin tərkibində əməkdar artist Təyyar Bayramovla yanaşı, tarda Rəşad İbrahimov, kamanda isə Təbriz Yusifov təmsil olunmuşdur.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür