Çəkdiyim rəsmlərdə insanların daxili dünyasını rənglərlə ifadə etməyi çox xoşlayıram. İnsanların gözlərinin içinə diqqətlə baxsaq, o qədər dərin məna görə bilərik.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Los-Ancelesdə yaşayan həmyerlimiz, gənc rəssam Meltem Buyuran deyib.
-Əvvəlcə özünüz haqda danışardınız. Bu sənətə marağınız nə zaman başlayıb?
- Los-Anceles şəhərində anadan olub boya-başa çatmışam. Hazırda Kaliforniya ştatında psixologiya ixtisası üzrə bakalavr təhsili alıram. Gənc yaşlarımdan özümü sənət vasitəsilə ifadə edirdim. Hələ uşaqlıqdan rəsm çəkməyi xoşlayırdım. Mən Orange dairəsi İncəsənət Məktəbinin film və televiziya ixtisasını bitirmişəm. Oxuduğum müddətdə bir neçə qısametrajlı bədii və sənədli filmlərin müəllifi olmuşam. Ekran əsərlərimindən biri Amerikada bir sıra mükafata layiq görülüb.
Uşaqlıqdan insanları seyr edərək onların emosiyalarını oxumaq mənim üçün çox maraqlı olub. Təhsilimi psixologiya sahəsində seçməyimin səbəbi elə budur. ABŞ-da autizmli uşaqlarla davranış- terapevti kimi işlədiyim müddətdə onlarla rəsm çəkərkən, rəsm sənətinin insan psixologiyasına olan təsiri və faydasını çox aydın şəkildə başa düşdüm. Elə buna görə də psixologiya və təsviri sənəti birləşdirərək insanlara faydalı olmaq istəyirəm. Mən rəsm üzrə təhsil almasam da, təxminən iki il əvvəl sulu boya rəsmləri çəkməyə başladım. Bu rəsm texnikası mənə çox ilham verir. Proses boyu mən öz səhvlərimi görüb inkişaf edirəm. Hələ yolun başındayam desəm yalan olmaz. Ömrüm boyu öyrənməyə hazıram.
- Hər bir sənətkarın yaradıcılıq yoluna və peşəkar inkişafına təsir göstərən rəssam olur. Bəs sizdə?
- Mənim ən çox bəyəndiyim sənətkar Vinsent Van Qoqdur. Onun çox dərin ruhu olduğunu hiss edirəm. Mən onun öz qardaşına yazdığı məktublardan ibarət kitabı oxuduqdan sonra Vinsent Van Qoqun gücünə heyran qaldığım qədər həssaslığına da valeh oldum. Van Qoq tez-tez fəlsəfi və mənəvi suallar üzərində düşünür, həyatın mənasını axtarmağa çalışırdı. O, öz əsərlərində insanlıq və təbiətə qarşı olan dərin empatiya hissini əks etdirir. Həyatı boyu tək bir əsər satan Van Qoq bütün çətinliklərə baxmayaraq, yaratmağı heç vaxt dayandırmayıb. Mən bu sevginin səbəbini hiss edirəm. Sənət olmazsa, yaradıcı insanın ruhu solur. Mənim üçün rəsm çəkmək ruhumun qidasıdır.
- Bir rəsm üzərində neçə saat işləyə bilərsiniz?
- Sulu boya çox səbir tələb edən texnikadır. Buna görə elə iş var ki, onun üzərində 5 saat işləyirəm, eləsi də var ki, onu ərsəyə gətirmək üçün 15 saatdan çox vaxt sərf edirəm.
- Yaxın günlərdə Bakıda açılacaq sərginiz barədə danışardınız. Ekspozisiyada hansı əsərlər yer alıb?
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür
Xalq rəssamı Toğrul Nərimanbəyovun anadan olmasından 95 il ötür
Fransa Müasir İncəsənət Ensiklopediyasına düşən yeganə azərbaycanlı - Cavid Qədir yazır
Xalq rəssamı Tahir Salahovun anım günüdür
Xalq rəssamı Rafiz İsmayılov vəfat edib
Onun əsərləri vətənə məhəbbət duyğusu təlqin edir
Xocalı faciəsinin təsviri sənətdə ifadəsi
Azərbaycanın ilk ali təhsilli rəssamı - Bəhruz Kəngərli
Muzey Mərkəzində İsa Məmmədovun “Bakının peyzajları” sərgisi açılacaq