Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Şövqi Hüseynov İranın Təbriz şəhərində keçirilən “Əlif” beynəlxalq teatr festivalında “Ən yaxşı kişi” rolu nominasiyasında birinci olub.
Teatrın mətbuat xidmətindən Senet.az-a bildirilib ki, aktyor festivalda ölkəmizi “Dəlinin qeydləri” monotamaşası ilə təmsil edib.
Festivalda böyük uğur qazanan Əməkdar artist mükafatların yaradıcı adam üçün stimul olduğunu qeyd edib: “Səhnə əsəri bu günə kimi bir çox xarici ölkələrdə - Rusiya, Ukrayna, Belarus, Moldova, İran, Türkiyə, Orta Asiya ölkələrində beynəlxalq festivallara qatılıb. Sevinirik ki, hər dəfə də müxtəlif zövqlü insanların, fərqli xalqlara xas tamaşaçıların, sənət bilicilərinin müsbət fikirlərini eşitmişik. Ümumiyyətlə, Qoqolun qoyduğu problem ustadımız Cənnət Səlimovanın rejissor yozumunda son dərəcə aktualdır. “Kiçik adam” problemi sənəti hər zaman düşündürüb. Görünür həm də mövzunun aktuallığı bu səhnə əsərinin uğurudur. Bu cür uğurlar isə hər şeydən öncə vətənpərvərlik duyğusu ilə bağlıdır. Azərbaycan sənətinin ölkə hüdudlarından kənarda təmsil və təqdir olunması sevindiricidir. Bu mənada son illərdə müxtəlif teatrlarımızın simasında qazanılan bu cür nailiyyətlər biz sənət adamları üçün stimuldur. Mən tamaşanın festivala qatılması üçün göstərdiyi köməkliyə, dəstəyə görə Mədəniyyət Nazirliyinə və Gənc Tamaşaçılar Teatrı rəhbərliyinə minnətdarlığımı bildirirəm”.
Qeyd edək ki, “Dəlinin qeydləri” monotamaşası gələn il fevral ayında İranda keçiriləcək növbəti “Fəcr” Beynəlxalq Festivalına dəvət alıb.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür