
Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, Bakı Bələdiyyə Teatrının aparıcı aktyoru İlqar Musayev Rusiyada seriala çəkilib.
AZƏRTAC xəbər verir ki, melodrama və psixoloji dram janrında olan serial “Sevginin təzadları” (“Превратности любви”) adlanır.
Çəkilişlər Rusiya və Türkiyənin bir sıra şəhərlərində lentə alınıb.
İlqar Musayev serial haqqında danışarkən bildirib ki, bədii əsər məzmunca çox maraqlıdır: “Eləcə də çəkiliş vaxtı gözəl aktyor heyəti ilə birgə çalışdıq. Kaskadyorların hazırladığı tryuklar serialı daha da baxımlı edirdi. Serialın rejissoru Anatoli Artamonov ABŞ-da təhsil alıb və uğurlu layihələri ilə tanınır. Ekran əsərində ailədə ciddi problemləri olan və bu problemlərin ətrafındakılara öz təsirini göstərən bir insanın obrazını canlandırdım. Düşünürəm ki, serial tamaşaçıların xoşuna gələcək”.
Serialın ssenari müəllifi Elena Vaxruşeva, rejissoru Anatoli Artamonov, operatoru isə Roman Burdenyukdur. Rollarda İlqar Musayev, Marina Mitrofanova, Daria Feklenko, Aleksey Nesterenko, Anton Denisenko, Maria Osipova, Olga Saxanova və Kadır Saidharun iştirak edirlər.
Serial sentyabrın 16-dan “Rossiya 1” telekanalında nümayiş olunacaq.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür