Gənc bəstəkar Ayaz Qəmbərli Avstriyanın Qrats şəhərində keçirilən “Musikprotokoll” müasir musiqi festivalında iştirak edib.
AZƏRTAC xəbər verir ki, bəstəkar festivalın təşkilat komitəsi tərəfindən sifariş olunmuş “Kiçik dəniz küçəsi” adlı iki saylı simli kvartetini təqdim edib. Əsərin festival çərçivəsində premyerası ukraynalı musiqiçilərdən ibarət “Danapris” simli kvarteti tərəfindən Giorgi Ligeti zalında gerçəkləşib.
Qeyd edək ki, “Musikprotokoll” festivalı 1968-ci ildən keçirilir. Bu konsert Prezident mükafatçısı olan Ayaz Qəmbərlinin Avstriyada ikinci uğurudur. Bəstəkar 2015-ci ildə Qrats şəhərində keçirilən “Frans Şubert və müasir dövrün musiqisi” müsabiqəsində “Elementlərin müqaviməti” (bir saylı piano trio) əsəri ilə birincilik əldə etmişdi.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür