Sentyabr ayından dekabradək Madriddə keçirilən “Viran edilmiş torpaqlar” adlı sərgidə Azərbaycan, Əfqanıstan, Əlcəzair, Misir, Birləşmiş Ərəb Əmirlikləri, İran, Mərakeş, Livan və Fələstindən olan 10 qadın rəssamın əl işləri nümayiş etdirilir.
Senet.az xəbər verir ki, Azərbaycanı bu sərgidə tanınmış fotorəssam Rəna Əfəndi təmsil edir.
Sərginin kuratoru qismində məşhur ispaniyalı sənətşünas Pyedad Solans çıxış edir.
P.Solansın sözlərinə görə, sərgidə hərbi əməliyyatların olduğu, terror aktlarının və zorakılığın baş verdiyi ölkələrin landşaftı təqdim olunur.
İspaniyalı sənətşünas hesab edir ki, 10 qadın rəssamın əl işləri zorakılığı və ədalətsizliyi pisləyir, zəif insanların ağrı-acısını və tənhalığını sənədlərlə əsaslandırır.
Rəna Əfəndi “Fifty Crows” Beynəlxalq Sənədli Fotoqrafiya Fondunun keçirdiyi müsabiqənin mükafatçısı, həmçinin Azərbaycanda “İlin fotorəssamı” mükafatının laureatıdır. O, müxtəlif ölkələrdə keçirilən sərgilərdə iştirak edib.
Amerikanın “Photo District News” jurnalı 2007-ci ildə Rəna Əfəndini dünyanın 30 ən tanınmış fotoqraflarının siyahısına daxil edib.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür