Senet.az saytı xəbər verir ki, noyabr ayının 9-dan 12-ə kimi Amerikanın Viskonsin ştatında "Weyauwega Internatonial" Film Festivalı keçirilmişdi.
Bu festival müəllif filmləri festivalı idi. Festivalda vaxtı ilə, 2014-cü il Oskar almış "The Lady in Number 6", 2015-ci ildə Oskar nominantı olan "Everything will be OK" və s. filmlər iştirak edirdi. Müsabiqədə 18 ölkədən 50 film seçilmişdi. Azərbaycanı isə Rüfət Əsədovun "The last Jew in the village" ("Kənddə sonuncu yəhudi") filmi təmsil edirdi. Film "Ən yaxşı qısametrajlı sənədli film" ("Best short documentary film") nominasiyasında 1-ci yerə layiq görüldü.
Filmin ssenari müəllifi - Vaqif Azəryar, operator-Yuri Varnovski, montaj rejissoru - Vüsal Nazimoğlu, səs rejissoru - Pərviz (Mete), prodüser - Oleq Harencar (Amerikan prodüser). Linkə daxil olaraq filmə baxa bilərsiniz:
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür