Moskvada açılan “HEIMTEXTILE 2021” Beynəlxalq Sərgisində “Azərxalça” ASC böyük stendlə iştirak edir. Əsas üstünlük isə Qarabağ xalçalarına verilib. Bu barədə AZƏRTAC-a müsahibəsində “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov məlumat verib. O deyib: “Azərxalça” Moskva şəhərində keçirilən “HEIMTEXTILE 2021” sərgisində ilk dəfə iştirak edir. Ekspozisiyada 71 Azərbaycan xalçası nümayiş olunur. Biz istərdik ki, sərgiyə gələn qonaqlar Azərbaycanın müxtəlif xalçaçılıq məktəbləri ilə tanış olsunlar. Lakin bu dəfə biz əsasən Qarabağ xalçalarına üstünlük vermişik. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad edib. Bu gün biz fəxrlə həm klassik, həm də müasir Qarabağ xalçalarını sərgi ziyarətçilərinə təqdim edirik”. E.Məmmədov əlavə edib ki, “Azərxalça” bu gün sərgiyə həm də yeniliklərlə gəlib. “Bu yeniliklərdən biri də müəssisəmizin bütün xalçalarının “QR” kodlu etiketlə təchiz edilməsidir. Həmin “QR” kodları telefona yükləməklə hər bir xalçanın toxunma tarixçəsi - toxunduğu yer və tarix, xalçanın adı barədə məlumat almaq mümkündür. Bu, Azərbaycan xalçaçılığında olduqca mühüm bir yenilikdir”, - deyə Emin Məmmədov vurğulayıb.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür