1993-cü ildə Türkiyənin Sivas şəhərində Madımak otelində bir qrup ziyalıya hücum edilmişdi. Aziz Nesinin din əlehinə yazdığı yazılara görə hazırlanan hücum, otelin yandırılması və bir neçə adamın öldürülməsi ilə yekunlaşmışdı.
Tarixə Sivas qətliamı kimi düşən bu hadisə haqqında “Madıma-Karinanın Gündəliyi” haqqında film çəkilir. Ancaq film çəkilişləri də hücuma məruz qalb. Filmin rejissoru Ulaş Bahadır Türkiyə mətbuatına açıqlamasında çəkiliş meydançasına qaz bombası atıldığını deyib: “Çəkiliş vaxt ətrafdakı polislərdən biri burada neynədiyimizi soruşdu. Biz də Madımak haqqında film çəkdiyimizi dedik. Bu söhbətdən 15 dəqiqə sonra çəkiliş meydançasına qaz bobması atıldı. Bilsəydik, polisə bu haqda məlumat verməzdik”.
Qeyd edək ki, filmin senarisi Sivas qətliamı zamnı Madımak oteldə olan 22 yaşlı hollandiyalı tələbə Karina Kuannanın gündəlikləri əsasında yazılıb.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür