
Azərbaycan Bəstəkarlar İttifaqında əməkdar incəsənət xadimi, bəstəkar, dirijor, pedaqoq, folklorşünas, ictimai xadim Müslüm Maqomayevin anadan olmasının 130 illiyinə həsr olunmuş elmi konfrans keçiriləcək. Bəstəkarlar İttifaqının mətbuat xidmətindən Senet.az-a verilən məlumata görə, bir sıra mədəniyyət və incəsənət xadimləri ilə yanaşı, sənətşünasların da qatılacağı konfransın sentyabr ayında keçirilməsi planlaşdırılır. Konfransda bəstəkarın yaradıcılığı və musiqi nəzəriyyəsinin elmi çalarları çərçivəsində məruzələr dinləniləcək. Daha sonra sənətkarın xatirəsinə həsr olunmuş klassik musiqi əsərlərindən ibarət gənc ifaçıların təqdimatında kamera konserti təşkil olunacaq.
Xatırladaq ki, dünya şöhrətli opera və estrada müğənnisi Müslüm Maqomayevin babası olan bəstəkar, həm də Azərbaycan peşəkar musiqili teatrının banilərindən biri olub.
Qeyd edək ki, Müslüm Maqomayev 1937-ci il iyulun 28-də vəfat edib.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür