Babəkin heykəlinin hazırlanması dayandırılıb. Senet.az xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Rəssamlar İttifaqının İstehsalat Yaradıcılıq Kombinatının direktoru Baloğlan Hüseynov bildirib. O, heykəlin hazırlanma prosesinin bir hissəsinin həyata keçirildiyini deyib: “Heykəlin təxminən 40 faizi demək olar ki, tökülüb, hazırdır. Lakin pandemiya və maliyyə ayrılmaması səbəbindən işlər dayanıb. Yəqin ki, yaxın vaxtlarda yenidən maliyyə vəsaiti ayrılar, heykəlin hazırlanması yekunlaşar.” Qeyd edək ki, Prezident İlham Əliyev 2011-ci ildə Bakıda görkəmli Azərbaycan sərkərdəsi Babəkin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb. Heykəlin müəllifi Xalq rəssamı Arif Qazıyevdir. Abidə Babəkin adını daşıyan prospektdə ucaldılacaq.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür