Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 1-dən 7-dək Bakı Ekspo Mərkəzində keçiriləcək 11-ci Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarları məlum olub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, sərginin Təşkilat Komitəsi tərəfindən tanınmış şair Rüstəm Behrudi və şair-esseist Qismət Rüstəmov sərginin fəxri yazarları seçiliblər.
Ədəbi fəaliyyətə 70-ci illərdə başlayan və türkçülük, vətəndaşlıq poeziyamızın görkəmli nümayəndələrindən olan Rüstəm Behrudi "Yaddaşlara yazın", "Salam, dar ağacı", "Şaman duası", "Yer üzü görüş yeridir", "İblis mələkdən gözəldir", "Tənhalıqda ölüm qorxusu yoxdur", "Din sevdim din üstünə", "Bir dəli ayrılıq kimi" şeir kitablarının, "Göz yaşlarından baxan Allah" adlı fəlsəfi-publisistik kitabın müəllifidir. Əsərləri polyak, fransız, rus və çex dillərinə tərcümə edilib.
2000-ci illər Azərbaycan ədəbiyyatının istedadlı nümayəndələrindən olan Qismət Rüstəmovun müxtəlif illərdə "Vitrin", "Meqapolis hüznləri", "Qumru əlifbası", "Tanış küçələrin birində" kimi şeirlər, "Gələcəyin tarixi" və "Güzgülü pərdə" adlı esselər kitabları işıq üzü görüb. Eyni zamanda, tərcüməçilik fəaliyyəti ilə də məşğul olan Q.Rüstəmov dünya ədəbiyyatının bir çox nümayəndələrinin əsərlərini Azərbaycan dilinə tərcümə edib.
Sərgidə paytaxt sakinlərinin və qonaqların rahat iştirakını təmin etmək məqsədilə “Elmlər Akademiyası”, “28 May” və “Koroğlu” metro stansiyalarından Bakı Ekspo Mərkəzinə mütəmadi xüsusi avtobus marşrutları fəaliyyət göstərəcək.
Sərginin iş vaxtı hər gün saat 10:00–20:00 arasıdır.
Bütün ziyarətçilər üçün giriş ödənişsizdir.
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür
Xalq rəssamı Toğrul Nərimanbəyovun anadan olmasından 95 il ötür
Fransa Müasir İncəsənət Ensiklopediyasına düşən yeganə azərbaycanlı - Cavid Qədir yazır
Xalq rəssamı Tahir Salahovun anım günüdür
Xalq rəssamı Rafiz İsmayılov vəfat edib
Onun əsərləri vətənə məhəbbət duyğusu təlqin edir
Xocalı faciəsinin təsviri sənətdə ifadəsi
Azərbaycanın ilk ali təhsilli rəssamı - Bəhruz Kəngərli
Muzey Mərkəzində İsa Məmmədovun “Bakının peyzajları” sərgisi açılacaq