
Tamara Heydərqızı
Bakı,mən , sənli düşüncələr
və küşələr…
Günəş dolu küçələr…
Həyat dolu küçələr..
Sevgi dolu küçələr…
Küləkli küçələr..
Yağışlı küçələr..
Bu küçələrə atılıb nələr..nələr…
Saxta sevgilər,
Yalan vədələr…
Döngələrdə
Nazlı gülüşlər,odlu öpüşlər
və yarımçıq sevgilər…
Isti göz yaşları …
Küçələrin daş yaddaşı
Saxlar atılmışları…
Dəli külək küçələrdən
Qovar,qovar
Gülüşləri
Sevgiləri
vədələri daha nələri …nələri
dənizə sarı.
Dəniz – əjdaha.
Dəniz – yalana həris
Dəniz – doğruya həris.
Udar,udar qurbanları – doğruları,yalanları….
X X X
Bakı, mən,sənli düşüncələr və küçələr..
Küçələr–
qoşa getmədiyimiz küçələr…
əl-ələ keçmədiyimiz küçələr
Küçələr–
qoşa getməyəcəyimiz küçələr
əl-ələ keçməyəcəyimiz küçələr
görüşmədiyimiz döngələr
ayrılmadığımız döngələr
görüşməyəcəyimiz döngələr
ayrımayacağımız döngələr…
Küçələr bu sözləri eşitsə, mənə gülər…
Gizli sevgilər
Gizli otaqlarda gizlənər
Gizli sevgilər küçələrin yağışına
Yamanların qarğışına
Yaxşıların alqışına
həsrət qalıb
Gizli sevgilər dörd divara
möhtac qalıb.
Bu sevgini bağlarda əlvan güllər,
Saçlarını yelləyən fəvvarələr,
Pərişan söyüdlər
Görməyib.
Bu sevgi gizlilərin
heç birinə bənzəməz
bu lal sevgi dinməz – söyləməz
Haray salar.
Bu sevgi elə uca deyil ki, göyər alçala
Bu sevgi göylər qədər
Bu sevgi şimşək deyil səmanın bağrı yarıla
Bu sevgi qaranlığı qovar.
Dünya işığına çıxsa bu sevgi
Günəş utanar.
Meşələr yaşıllığını qınayar.
Çaylar axmaz,dayanar.
Bakının küçələri bu sevgidən xəbər tutsa
Mat qalar
Dəniz əjdaha dəniz onu udmaz –
tumarlar
İstanbul küçələri bu sevgidən coşub-daşar
Parisin küçələri bu sevgidən xumarlanar
Dincələr, dincələr..
Gizli sevgi dodaqlarda, barmaqlarda
Incələr,incələr…
Xəyallarda
Sığallarda
Tumarlarda
Yaşar, yaşar
Gizli sevgi
Gizli divarlarda ömürlük dustaq.
Kilidi dənizə atılmış otaq
Sevgi küçəsində – ilk və son ünvan…..
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür
Xalq rəssamı Toğrul Nərimanbəyovun anadan olmasından 95 il ötür