
Avqustun 25-də Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Bakı Oskarı” adlı qısametrajlı film festivalı keçiriləcək.
Peşəkar və həvəskar gənc rejissorların iştirakı ilə keçiriləcək layihənin əsas məqsədi gənc rejissorların işini dəyərləndirmək, gələcək peşə fəaliyyətlərində onlara uğurlu bir başlanğıc üçün şərait yaratmaqdan ibarətdir. 3 gün davam edəcək festivalda ən yaxşı 10 qısametrajlı film münsiflər tərəfindən seçiləcək. Dini və siyasi mövzular istisna olmaqla gənc rejissorlar bütün mövzulara müraciət edə bilər. Təqdim olunan videomaterialın xronometrajı maksimum 15 dəqiqə olmalıdır. Bundan əlavə, “Ən yaxşı aktrisa”, “Ən yaxşı aktyor”, “Ən yaxşı ssenarist”, “Ən yaxşı operator” seçilərək “Bakı Oskarı” nominasiyaları üzrə mükafatlandırılacaq.
Mükafatlandırma mərasimi avqustun sonunda baş tutacaq.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür