Noyabrın 11-də görkəmli rus yazıçısı, filosof və publisist Fyodor Mixayloviç Dostoyevskinin anadan olmasından 200 il keçir. Rusiya Federasiyası Prezidentinin fərmanına əsasən 2021-ci il “Dostoyevski ili” elan edilib.
Bakıdakı Rus Kitab Evi (RİMM) noyabrın 11-də saat 16-da arzu edən hər kəsi bu mühüm hadisə ilə əlaqədar keçiriləcək tədbirlərə qoşulmağa dəvət edir. RİMM-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, həmin gün RİMM-də professor, texnika elmləri doktoru Vladimir Belikovun tərtib etdiyi “İnsan qəlbinin görücüsü. Fyodor Mixayloviç Dostoyevski” adlı sərginin açılışı olacaq. Daha sonra “Manej” muzey-sərgi birliyi tərəfindən yaradılmış “Öz səsi ilə” adlı sənədli film nümayiş etdiriləcək. Bu ekran əsərində yazıçının “Bəyaz gecələr” povestinin motivləri əsasında müxtəlif vaxtlarda ayrı-ayrı ölkələrdə yaradılmış 8 bədii film təhlil edilir. Tədbirə giriş sərbəstdir, lakin COVID pasportu və ya immun sertifikatı təqdim edilməlidir.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür