
Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin təşkilatçılığı ilə iyulun 20-dən 23-dək ölkəmizdə Özbəkistan Kinosu Günləri keçiriləcək.
Senet.az AZƏRTAC-a istinadla bildirilir ki, bu münasibətlə Bakıda təşkil olunacaq tədbirlərdə Özbəkistan Respublikası mədəniyyət nazirinin müavini Avazxon Tadjixanov və “Özbəkkino” Milli Agentliyi baş direktorunun müavini Əlişer Xocayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək.
Bu gün Nizami Kino Mərkəzində kino günlərinin açılış mərasimi olacaq. Mərasimdə "Evrilish" ("Təkamül") bədii filmi nümayiş olunacaq. Kinosevərlər iyulun 21-də saat 14:00-da "Yasha, xotin!" ("Yaşa, arvad"), 16:00-da "Sudya" ("Hakim") filmlərini izləyəcəklər. İyulun 23-də saat 11:00-da "Baxodir" ("Bahadır") filmi göstəriləcək.
Seanslara giriş sərbəstdir.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür