Mədəniyyət Nazirliyi və “Bravo” marketlər şəbəkəsinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 23-29 may tarixlərində “AXIN” qrupunun rəssamlara dəstək yarmarkası təşkil olunacaq. Dövlət Rəsm Qalereyasından Senet.az-a bildirilib ki, yarmarka zamanı qalereyanın “AXIN” qrupunun rəssamlarının kiçik ölçülü rəngkarlıq, heykəltəraşlıq və “dts” nümunələrinin satışı ilə yanaşı, müxtəlif əyləncəli və öyrədici təsviri sənət mövzulu aksiyalar da (canlı naturadan karikatura və portret çəkilişi, ebru sənəti üzrə ustad dərslər, müxtəlif vorkşoplar və.s) keçiriləcək. Satış-yarmarkası rəssamlara dəstək məqsədilə saat 17:00-dan 20:00-a kimi Koroğlu metro stansiyasının yaxınlığında yerləşən “Bravo” hipermarketdə reallaşacaq.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür