Bakıdakı populyar “Café Maurice” məkanı çox maraqlı hadisəyə - “Rəssamların döyüşü” adlı müəllif layihəsinin açılışı platformasına çevrilib. Martın 26-da keçirilən bu qeyri-adi tədbirin təşkilatçısı qismində “Arts Council Azerbaijan” QHT-si çıxış edib.
Tədbirin təşkilatçıları AZƏRTAC-a bildiriblər ki, ideya müəllifi və layihənin kuratoru Sona Quliyevanın sözlərinə görə, “Rəssamların döyüşü” rəsm əsərlərinin necə yaranmasına qeyri-trivial nəzər salınmasını ehtiva edir və iki istedadlı rəssam şərti rinqdə yarış formatında “döyüşür”.
Hər bir raunda müəyyən vaxt ayrılır və bu müddətdə iştirakçılar öz əsərlərini yaradırlar. Tədbir çərçivəsində tamaşaçıların müşahidə etdikləri üç raund keçirilir.
Birinci rəssamlıq raundunda rinqin göy küncündə çıxış edən Röya Həsən və qırmızı küncdə olan Roza Murad qarşı-qarşıya gəliblər.
Tamaşaçılar nəinki real vaxtda vizual əsərlərin necə yaradıldığını müşahidə etmək, həm də istedadlı sənətçi-vokalçı Mələk Abbaszadənin ifasında canlı musiqidən, DJ Azadın ifasından və müxtəlif müsabiqələrdə iştirakdan həzz almaq imkanı əldə ediblər ki, bu da ab-hava yaratmağa kömək edib və əsl sənət təntənəsi olub.
Tədbirin qeyri-adi formatı çox həyəcanlı olub: qonaqlar “Rəssamların döyüşü”ndə fəal iştirak edərək, öz sevimlilərini dəstəkləyib və qalibə səs veriblər. Əsərləri tamaşaçıların heyranlığına səbəb olan Röya Həsən kiçik fərqlə qalib gəlib.
“Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatı Azərbaycan mədəniyyətinin həm ölkə daxilində, həm də xaricdə təbliğinə kömək edən qeyri-adi və kreativ layihələri ilə sənətsevərləri sevindirməkdə davam edir.
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür
Xalq rəssamı Toğrul Nərimanbəyovun anadan olmasından 95 il ötür
Fransa Müasir İncəsənət Ensiklopediyasına düşən yeganə azərbaycanlı - Cavid Qədir yazır
Xalq rəssamı Tahir Salahovun anım günüdür
Xalq rəssamı Rafiz İsmayılov vəfat edib
Onun əsərləri vətənə məhəbbət duyğusu təlqin edir
Xocalı faciəsinin təsviri sənətdə ifadəsi
Azərbaycanın ilk ali təhsilli rəssamı - Bəhruz Kəngərli
Muzey Mərkəzində İsa Məmmədovun “Bakının peyzajları” sərgisi açılacaq