Dekabrın 18-də Heydər Əliyev Mərkəzində Böyük Britaniyanın tanınmış heykəltəraşı Riçard Dikonun "Digər tərəfdən" (On the Other Side) adlı fərdi sərgisi açılacaq. Senet.az xəbər verir ki, ekspozisiyada müəllifin 50-dək əsəri nümayiş olunacaq. Sərgidə ağac, metal və keramikadan hazırlanan həm monumental, həm nisbətən kiçik əsərlər, eyni zamanda orqanik nümunələr və dəqiq işlənmiş konstruksiyalar təqdim ediləcək. R.Dikon həmişə israrla bildirib ki, özünü klassik mənada heykəltəraş hesab etmir. O, özünü nələrisə uyduran biri kimi qələmə verir və buna görə də çox mürəkkəb əsərlərin üzərində işləyərkən ağac, yaxud metalla işləyən mütəxəssislərlə əməkdaşlıq edir. Qeyd edək ki, sərgi gələn il iyulun 15-nə kimi davam edəcək.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür