
Noyabrın 25-də “Arts Council Azərbaycan”, “Arts Council Moldova”, Moldovanın ölkəmizdəki səfirliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilati dəstəyi ilə “Art Tower” qalereyasında tanınmış Moldova fotoqrafı Anatol Poyatenin “Moldova. İnsanlar və torpaq haqqında” adlı sərgisi açılıb.
Senet.az saytı AZƏRTAC-a istinadən xəbər verir ki, Moldovanın ölkəmizdəki səfiri George Leuka ölkələrimizi sıx dostluq əlaqələri birləşdirdiyini, xalqlarımız arasında mədəni mübadilənin getdiyini qeyd edib. Səfir, həmçinin bu cür tədbirlərin Azərbaycan-Moldova münasibətlərinin möhkəmlənməsinə töhfə verdiyini vurğulayıb.
İstedadlı fotoqraf Anatol Poyatenin həyat və yaradıcılığı haqqında danışan sərginin kuratoru Rüstəm Hüseynov bildirib ki, “Moldova. İnsanlar və torpaq haqqında” layihəsinin əsas məqsədi azərbaycanlıları və paytaxtımızın qonaqlarını Moldovanın tarixi və memarlıq abidələri, təbiəti və məişəti ilə tanış etməkdir.
Unikal fotoların nümayiş olunduğu sərgi noyabrın 27-dək davam edəcək.
[gallery columns="4" ids="18986,18987,18988"]
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür