Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) mərkəzi kitabxanasında təknüsxəli kitabların sərgisi açılıb.
Kitabxanadan Senet.az-a bildirilib ki, sərgi oxucuları Azərbaycanda tək nüsxədə olan kitablarla tanış etmək və həmin kitablardan daha da rahat istifadə məqsədi daşıyır. Sərgidə ensiklopedik məlumat kitabları, dərsliklər, müxtəlif uşaq ədəbiyyatı, bestsellerlər, ensiklopediyalar, izahedici lüğətlər olmaqla 50-dən çox nəşr nümayiş edilir.
Sərgidə nümayiş olunan hər bir kitab haqqında annotasiyalar yazılıb və mərkəzi kitabxananın veb-saytında yerləşdirilib. Həmçinin kitablarla virtual formada tanış olmaq üçün imkan da yaradılıb. Sərgi bir ay davam edəcək.
Qeyd edək ki, Yasamal rayon MKS mütəmadi olaraq uşaqlar üçün kitab sərgiləri təşkil etməklə yanaşı, oxu günü aksiyaları da keçirir.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür