Aprelin 14-də “Kapellhaus” Azərbaycan-Alman Mədəniyyət Mərkəzində VII əl işləri festivalı öz işinə başlayıb. Festival çərçivəsində “Təxəyyülün gücü” adlı sərgi açılıb.
Senet.az xəbər verir ki, sərgidə “Bəzək” yaradıcı gənclər birliyinin və Bakı Keramika Mərkəzinin, eləcə də digər yaradıcı kollektivlərin təqdim etdiyi əl işləri maraqla qarşılanıb.
Tədbirin təşkilatçısı Təranə Cəfərova festivalda 65 iştirakçının 1500-dən çox əl işinin nümayiş olunduğunu söyləyib. Keramika sənəti, toxuculuq nümunələri, bəzək əşyaları, rəngli boya ilə çəkilmiş tablolar, şüşə üzərində əl işlərini festival iştirakçıları maraqla qarsalayıblar.
Festival çərçivəsində Bakı Keramika Mərkəzinin rəhbəri Mir-Teymur Məmmədov maraqlananlar üçün ustad dərsi keçib.
Festival 2 gün davam edəcək.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür