senetaz

Həsən Əliyev 80 D

10 Oktyabr 2016 235

Bakıda "Visla" kino festivalı

Bakıda "Visla" kino festivalı

1

Bakıda “Visla”- polyak filmlərinin xülasəsi adlı festival keçiriləcək.

Polşanın Azərbaycandakı səfirliyindən Senet.az saytına verilən məlumata görə, festival oktyabrın 13-də başlayacaq və 19-dək davam edəcək. Məlumata görə, tədbir çərçivəsində 6 polyak filmi nümayiş olunacaq. Bunlar “Mənim qızlarım danadır”, “Qəddarlıq anatomiyası”, “Həyatın kralı”, “Kimya”, “Yad səma” və “Troya atının çəkisi”dir. Filmlər "The Ladnmark Cinema"da hər gün saat 19.00-da nümayiş etdiriləcək (oktyabrın 17-si istisna olmaqla). Giriş pulsuz və sərbəstdir. Qeyd edək ki, "Visla" festivalı Azərbaycanda ilk dəfə keçirilir.