Yanvarın 27-də Bakıda Yaponiya filmləri festivalı təşkil olunacaq.
Yaponiyanın ölkəmizdəki səfirliyindən Senet.az-a bildirilib ki, “Ləndmark” biznes-mərkəzində gerçəkləşəcək festival yanvarın 29-dək davam edəcək. Festival çərçivəsində 5 yapon filmi - “Məktub”, “Pekorosun anası ilə görüş”, “Kaitan şəhərinin əhvalatları”, “Sən yaxşı uşaqsan” və “Çevrəmizdəkilər” adlı ekran əsərləri təqdim olunacaq. Filmlər hər gün 3 seans olmaqla nümayiş ediləcək.
Yapon dilində səslənəcək filmləri kinosevərlər Azərbaycan dilində subtitrlər vasitəsilə izləyə biləcəklər.
Yaponiya filmləri festivalı ilə bağlı ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək olar: http://www.az.emb-japan.go.jp/itpr_ja/00_000201.html.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür