Torpağım üstünə kölgələr salan Mənim varlığımın cilası-bayraq. Zəfərdən doğulmuş Göytürkdən qalan Qurdbaşlı bayrağın balası bayraq.
Üçrəngli bayrağın kölgəsində mən Qaraca torpağı vətən görmüşəm. Zəfər güllərini dövri-qədimdən Bayraq işığında bitən görmüşəm. Bayraq mənliyimdir, bayraq kimliyim, Bayraq-öz yurduma öz hakimliyim.
Harda əcdadımın ayaq izi var, Bu zəfər bayrağım orda dikəlsin. Keçdiyi yerlərdə dağlar, yamaclar Onun hüzuruna salama gəlsin. Tarixdən qədimdir, zamandan qoca Mənim bayrağıma sancılan hilal. Aləmə nur saçdı tarix boyunca Məbədlər başına tac olan hilal.
Daim ucalasan! Savaş günündə Əsgər silahıyla səni tən görüm. Yalnız zəfər çalmış şəhid önündə Səni alqış üçün əyilən görüm.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür