Oktyabrın 26-dan 31-dək görkəmli bəstəkar, Xalq Artisti, Dövlət mükafatı laureatı Vasif Adıgözəlovun anadan olmasının 80 illiyinə həsr olunmuş musiqi festivalı keçiriləcək.
Senet.az xəbər verir ki, festival “Vasif Adıgözəlovun 80 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq təşkil edilir.
Festival çərçivəsində oktyabrın 26-da Azərbaycan Bəstəkarlar İttifaqında “Vasif Adıgözəlov-80” mövzusunda elmi konfrans və kamera konserti, 27-də Azərbaycan Milli Konservatoriyasında “Vasif Adıgözəlovun yaradıcılıq irsi” mövzusunda tədbir və konserti, 28-də Beynəlxalq Muğam Mərkəzində “Vasif Adıgözəlovun mahnı çələngi” adlı konserti, 29-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Vasif Adıgözəlova ithaf” konserti, oktyabrın 30-da isə Müslim Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında yubiley gecəsi təşkil olunacaq.
Oktyabrın 31-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Vasif Adıgözəlovun “Natəvan” üçhissəli operası nümayiş olunacaq.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür