senetaz

Həsən Əliyev 80 D

03 İyun 2021 242

Beynəlxalq Buker mükafatının qalibi fransalı yazıçı oldu

Beynəlxalq Buker mükafatının qalibi fransalı yazıçı oldu

hg 2021-ci il üçün Beynəlxalq Buker mükafatının qalibi elan olunub. Edebiyyatqazeti.az The Guardiana istinadla xəbər verir ki, builki mükafatın qalibi “Gecə bütün qanlar qaradır” (“At Night All Blood is Black”) romanına görə fransalı yazıçı David Diop olub. Qalibin adını iyunun 2-də mükafatın münsiflər heyətinin sədri Lyusi Xyuz-Qallett elan edib. David Diop Beynəlxalq Buker mükafatı alan ilk fransız yazıçıdır. Hazırda D.Diopun romanı 13 dilə tərcümə olunur və artıq İtaliyada Strega European Prize mükafatının da laureatı olub. Qaydalara görə, 50 min funt-sterlinqlik mükafat məbləği müəllif və tərcüməçi Anna Moşovakis arasında bölüşdürüləcək.