Avqustun 10-da saat 16:00-da Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Qazaxıstanın və bütövlükdə türk dünyasının böyük şairi, yazıçısı, bəstəkarı, ictimai xadimi, müasir qazax yazılı ədəbiyyatının banisi Abay Kunanbayevə həsr olunmuş Abay Gününün qeyd edilməsi və İspaniyada onun 175 illik yubileyi münasibətilə nəşr olunmuş poçt markalarının təqdimatı keçiriləcək. Senet.az xəbər verir ki, markalar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun himayəsi ilə türk dünyasının görkəmli nümayəndəsinin zəngin yaradıcılığını daha geniş beynəlxalq auditoriyada tanış etdirmək məqsədilə çap olunub. Abay Kunanbayevin təsviri olan poçt markasında onun yaradıcılıq nümunələri, həmçinin türk dünyasının mədəni dəyərləri və milli musiqi alətləri əks olunub. Tədbirdə poçt markalarının möhürlənməsi mərasimi olacaq, həmçinin Azərbaycanın və Qazaxıstanın incəsənət nümayəndələrinin ifasında Abay Kunanbayevin əsərləri səsləndiriləcək.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür