Müasir Amerika ədəbiyyatının ən tanınmış şairlərindən olan Filip Levin mədəaltı vəzi xərçəngindən vəfat edib. “Şeiri adi amerikalıların həyatına gətirən şair” kimi tanınan Filip Levin 10 yanvar 1928-ci ildə Miçiqan ştatının Detroyt şəhərində mühacir yəhudi ailəsində dünyaya göz açıb. Detroytda böyüyən Levin elə böyüdüyü şəhərin işçi sinfi haqda yazdığı əsərləri ilə məşhurlaşıb. Bir çox nüfuzlu mükafatlara sahib olan Levin 1995-c ildə “Sadə həqiqət” əsərinə görə “Pulitser” mükafatına layiq görülüb. 2011-2012-ci illərdə ABŞ Konqres Kitabxanası tərəfindən “Birləşmiş Ştatların Baş Şairi” (Poet Laureate of the United States) ünvanı ilə təltif edilib. 87 yaşlı şair uzun müddətdir əziyyət çəkdiyi mədəaltı vəzi xərçəngindən vəfat edib. kult.az
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür