senetaz

Həsən Əliyev 80 D

24 İyun 2017 228

"Bölgələrdən səslər-3" antologiyası nəşr edilib

"Bölgələrdən səslər-3" antologiyası nəşr edilib

90048_dmkfh43f82

Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi 4 aylıq “Bölgələrdən səslər-3” layihəsinin yekunu olaraq “Bölgələrdən səslər-3” antologiyası nəşr edilib.  Antologiyanın birinci cildi 2012-ci, ikinci cildi isə 2014-cü ildə işıq üzü görüb. Müxtəlif bölgələrdə yaşayıb-yaradan, gələcək vəd edən gənclərin ədəbi örnəklərini əhatə edən antologiyanın hər iki cildi ədəbi mühitdə maraqla qarşılanıb.

Şəfa Vəli (DGTYB üzvü, Gəncə), Tural Adışirin (DGTYB üzvü, Şəki), Əfsanə Ələsgəli (DGTYB Məclis üzvü), Nofəl Ümidin (DGTYB NTK başqanı) tərtib etdiyi “Bölgələrdən səslər-3”ün layihə rəhbəri (və baş redaktoru) Əkbər Qoşalı (DGTYB Məsləhət Şurasının başqanı), redaktorları: Əməkdar jurnalist Azər Həsrət, DGTYB Məsləhət Şurası üzvü Sərdar Şirvan, məsləhətçiləri: Azərbaycan Yazıçılar Birliyinin katibi (AYB) “525-ci qəzet”in baş redaktoru, şair-publisist Rəşad Məcid, AYB Gəncə filialının sədri, şair Xəzangül, “Ustad” jurnalının baş redaktoru Şəmil Sadiq, rəyçiləri: Sumqayıt Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı(Sumqayıt), yazıçı-publisist Müşfiq Xan, şair-publisist İlham İsmixanoğludur (Bərdə).

“Bölgələrdən səslər-3” antologiyasında şeirləri, hekayələri yer alan gənc qələm sahiblərinin siyahısını təqdim edirik:

AĞCABƏDİ CAHANDAR AYBƏR;

AĞDAM ƏNTİQƏ SƏMƏNDƏR, ZAMİR ERKİN;

ASTARA AMİD İSMAYIL;

BALAKƏN ƏFSANƏ İMRAN;

BEYLƏQAN KÖNÜL ELDAR;

BƏRDƏ RUSLAN DOSTƏLİ;

CƏLİLABAD ALLAHŞÜKÜR ÜMMAN, BƏHRUZ XƏLİL, BƏHRUZ MİRABDULLA, SƏRƏSTAN GUR, ZAUR SAHİL;

CULFA GÜLSADƏ (İBRAHİMLİ), MirŞAHİN ÜLVİ;

FÜZULİ ORXAN SAFFARİ;

GƏDƏBƏY TURAL SAHAB;

GƏNCƏ CEYHUNƏ MEHMAN, GÜLNARƏ SADİQ, ŞƏFA VƏLİ, ZEYNƏB MÜNZƏVİ;

GORANBOY AYNURƏ İSMAYIL, RƏVAN CAVİD;

XAÇMAZ AYNUR VƏTƏNQIZI, DİLQƏM ÜMİD DƏDƏLİ, HABİL RZA NUR, VÜSAL YURDOĞLU;

XOCALI İSRAİL FƏRHAD;

KƏLBƏCƏR SAMİR ƏHLİMAN, VALEH QOCA;

KÜRDƏMİR ANAR GÜLÜMSOY;

QAZAX MAHMUD MƏSMALI, MƏNSUR HƏSƏNZADƏ;

QƏBƏLƏ QOŞQAR QARAÇAYLI;

QUBA FİRƏNGİZ SABİRQIZI, NAMİK XINALIQLI;

QUBADLI ARZU HÜSEYN;

LAÇIN XƏLƏF AZƏR;

LERİK İLTİMAS SƏMİMİ, MƏLİK CAHAN;

LƏNKƏRAN ELVİR NADİR;

MASALLI AZƏR ELŞADOĞLU, ŞƏFA NUR;

OĞUZ MƏTANƏT ELÇİN;

SAATLI ALLAHŞÜKÜR AĞA;

SABİRABAD NÜSRƏT HƏSƏN;

SALYAN ÜMİD SADƏ;

ŞAHBUZ QIZBƏSTİ SULTAN;

ŞƏKİ ELVİN NURİ, ƏFSANƏ RƏVAN;

ŞƏMKİR BƏNDALI COŞQUN, MƏHƏMMƏD TURAN, MƏTANƏT QÜDSİ, TURAL TURAN;

ŞƏRUR ƏLİ RÜZGAR;

ŞİRVAN NİZAMİ HƏSƏN;

ŞUŞA MƏRHƏMƏT ƏLİ;

TOVUZ GÜNEL BAYRAMSOY, TOĞRUL KƏRİMLİ, TURANƏ TURAN;

UCAR AYTAC MƏMMƏDLİ;

YARDIMLI SƏFAİL AQİL, SƏRVƏR KAMRANLI.

Qeyd edək ki, adıkeçən layihənin yekun tədbiri – antologiyanın təqdimatı və “Gənc yazarların poeziya gecəsi”, iyunun 29-da Binəqədi Gənclər Evində keçiriləcək. (Başlanır: 15.00 Ünvan: 7-ci mikrorayon, S.S.Axundov küç.-112, telefonlar – DGTYB: 050 545 68 98, 050 529 28 33; Gənclər Evi: 012 5 61 92 02.)