Mahmud Kaşqari adına Beynəlxalq Fondun “İRS” seriyasında böyük qazax şairi Abay Kunanbayevin bütün şeirlərinin, poemalarının və "Qara sözləri”nin Azərbaycan dilinə tərcüməsindən ibarət kitabı nəşr olunub.
Kitabdakı tərcümələr ilk dəfə olaraq qazax dilindən Azərbaycan dilinə uyğunlaşdırılıb. Tərcümələr Elxan Zal Qaraxan və İbrahim İlyaslıya məxsusdur.
“Qazax xalqının dan ulduzu” adlı “Ön söz”ün müəllifi Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevadır. Rəyçi və “Abayın əsərlərinin Azərbaycan nəşri barədə” yazının müəllifi filologiya elmləri doktoru, professor Knyaz Mirzəyevdir. Külliyyatın məsləhətçiləri professorlar Sabit Dosanov və İmdat Avşar, redaktorları Əkbər Qoşalı və Əfqan Nəsirlidir.
Kitabın ilk səhifələrində professor Akılbek Şayaxmetin "Tərcümələrdə Abayın taleyi” araşdırması da yer alıb. 448 səhifəlik nəşrin "Birinci kitab” bölməsinə "Şeirlər və poemalar”, "Son illərdə tapılan şeirləri”, "Mənzum dastanlar” və "İkinci kitab” bölməsinə 45 dənə "Qara sözlər” cəm olunub.
Rəhbəri Elxan Zal Qaraxan olan "İRS” seriyasından Nursultan Nazarbayev, Oljas Suleymenov, Sabit Dosanov, Berik Şaxanov kimi qazax müəlliflərinin kitabları da işıq üzü görüb.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür