Martın 11-i Bakıda Müasir İncəsənət Muzeyində britaniyalı rəssam Sara Nill-Consun “Qeyb olan qadın” adlı sərgisinin açılışı olacaq. Sərgidə 100-ə yaxın rəngkarlıq əsəri, 1 səsli instalyasiya və 1 video instalyasiya nümayiş olunacaq.
Muzeydən Kult.az-a verilən məlumata görə, “Qeyb olan qadın” layihəsinin məqsədi – Azərbaycanda müvəqqəti yaşayan xarici qadınlar arasında coğrafi yerdəyişmənin təsirini öyrənmək, həmçinin yerli qadınlar arasında əcnəbi qadınların obrazı haqda təsəvvürü müəyyən etməkdən ibarətdir. Haqqında danışılan mövzularda daha çox yolunu, məqsədini itirmək, yadlaşmaq kimi hisslər öz əksini tapıb. Bəzən bu hisslər özünə qapanmağa və özünü aciz hiss etməyə səbəb olur. Lakin bütün bunlarla yanaşı, mövzularda pozitiv hisslər də yer alır. Sərbəst, məhdudiyyətlərdən kənar yaşam tərzi, özünü əhatə edən ətraf aləmə qarşı maraq və ümumiyyətlə, yerli qadınlarla xarici qadınlar arasında olan fərqə belə yüksək səviyyədə xoş yanaşma xüsusilə nəzərə çarpır. İştirakçı qadınlar layihəyə qatılmağa könüllü şəkildə razılıq veriblər. İştirakçılar yaş, ailə vəziyyəti, işləyib-işləməyib diapozonu çərçivəsində seçilib.
Sorğu 6 ay ərzində – 2013-cü ilin sentyabr ayından 2014-cü ilin fevral ayına kimi davam edib. Sara Nill-Cons 1969-cu ildə Böyük Britaniyada, Londonda dünyaya gəlib. Şotlandiyada, Qlazqo şəhərində Rəssamlıq Kollecində təhsil alıb. Daha sonra təhsilini Londonda İncəsənət Universitetində davam etdirib. 2010-cu ildə Kambervell İncəsənət Kollecində magistr dərəcəsi alıb. Rəssamın əsərləri Britaniya, Norveç, Fransa, Anqola, Koreya və Türkiyədə dünyaca məşhur qalereyalarda, fərdi və qrup sərgilərində nümayiş etdirilib. Son dövrlərdə isə yaşadığı və işlədiyi Azərbaycanda yaradıcılıq fəaliyyətini davam etdirir. Qeyd edək ki, aprelin 1-dək davam edəcək sərgiyə giriş 5 AZN (tələbələr üçün 2 AZN) olacaq.
Balet sənətimizin uğurlu müjdəçisi - Cavid Qədir yazır
Xocalı faciəsinin təsviri sənətdə ifadəsi
Azərbaycanın ilk ali təhsilli rəssamı - Bəhruz Kəngərli
Muzey Mərkəzində İsa Məmmədovun “Bakının peyzajları” sərgisi açılacaq
Karavacconun şah əsəri ilk dəfə Romada sərgilənir
Londonda Van Qoqun əsərlərinə şorba atılıb
Azərbaycanlı rəssamların əsərləri Antalyada sərgilənir
Londonda dayanacaqda tapılan tablo 17.5 milyon funt sterlinqə satılıb
"Azərbaycanın hər guşəsi ilham mənbəyidir" - Meltem Buyuran
"Dante və Vergili cəhənnəmdə" - Müsahibə