
Bu gün “Hədəf” nəşrləri 8 yaşını qeyd edir.
2009-cu ildə yaradılmış “Hədəf” nəşrləri artıq 8 yaşını qeyd edir. Bu illər ərzində xeyli layihələrə imza atmış “Hədəf” və “Xan” nəşrləri “Milli ədəbiyyat”, “Çağdaş ədəbiyyat”, “Tərcümə ədəbiyyatı” və “Fərdi-inkişaf yönlü ədəbiyyat” silsiləli kitablar nəşr etsə də, əsasən indiyə kimi davam edən “Xatirə ədəbiyyatı” dəsti ilə məşhurdur. Xeyli yerli və xarici yazıçıların əsərlərini, milli ruhlu yerli kitabları - İsa Muğanna, Salam Qədirzadə, Məmməd Səid Ordubadi, Əzizə Cəfərzadə, Rüstəm Berudi və s. kimi Azərbaycan ədiblərinin əsərlərini çap edib. Bundan əlavə, bir sıra beynəlxalq kitab layihələri – Azərbaycan ədəbiyyatının dünyada tanıdılması istiqamətində bi neçə silsilənin müəllifidir. Uşaq ədəbiyyatı, kiçik yaşlılar üçün nəşrlərin yer aldığı “İnci” və “Fidan” adlı silsilə kitabları da var.
“Metodiki ədəbiyyat” yönündən Təhsil Nazirliyi və respublikanın ən aparıcı müəlliflərilə əməkdaşlıq edən “Hədəf” nəşrləri silsilə metodiki kitabların da çapı ilə məşğuldur. Bu sahəyə töhvələrini verən, şagird və abituriyentlərin sevimli kitabları olan bu nəşrlər təhsil sahəsində özünü doğrultmağa davam edir.
Sənət.az olaraq “Hədəf” nəşrlərini təbrik edir, daha çox nailiyyət qazanmağı arzulayırıq!
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür