
Dünyanın nüfuzlu ədəbiyyat mükafatı olan "Buker"in ("Booker Prize") 2024-cü il üzrə qalibi “Orbital” romanı ilə Samanta Harvey olub.
Mükafatın rəsmi saytında xəbər verildiyi kimi, qalib Londonda keçirilən mükafatlandırma mərasimində açıqlanıb.
Qalib qısa siyahı əsasında seçilib.
Qeyd edək ki, qısa siyahıya aşağıdakı 6 müəllif və əsər daxil idi.
1. Percival Everett (“James”)
2. Samantha Harvey (“Orbital”)
3. Rachel Kushner (“Creation Lake”)
4. Anne Michaels (“Held”)
5. Yael van der Wouden (“The Safekeep”)
6. Charlotte Wood (“Stone Yard Devotional”)
Qısa siyahıda əsərləri yer alan altı yazıçıdan beşi qadın idi. Bu, mükafatın 55 illik tarixində bir ilk idi.
Xatırladaq ki, "Buker" mükafatı hər il ingilis dilində yazılan və Böyük Britaniya və İrlandiyada nəşr olunan əsərlərə verilir. Mükafatın məbləği 50 min funt sterlinqdir. Ötən il "Buker"in qalibi "Prophet Song" əsəri ilə Paul Lynch olub.
APA
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür