Bakı Xoreoqrafiya Akademiyasının Xalq çalğı alətləri ifaçılığı kafedrasının təşkilatçılığı ilə Azərbaycan Milli Konservatoriyasının müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aydın Əliyev BXA-nın tələbələrinə “Azərbaycan xalq rəqslərində musiqi və xoreoqrafik tərtibatın xarakterik xüsusiyyətləri” mövzusunda ustad dərsi keçib. Senet.a-a verilən məlumata görə, ustad dərsini giriş sözü ilə Xalq çalğı alətləri ifaçılığı kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əhsən Əhmədov açaraq, Azərbaycan rəqs sənəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Bildirilib ki, rəqs sənətinin ən qədim formaları, insanların zəhmət prosesi ilə əlaqədar olaraq yaradılıb: “Özündə qədim irs və ənənələrimizi daşıyan rəqs sənəti insanların məişətində adət ənənəsində müəyyən mövqe tutmaqla yanaşı, eyni zamanda qədim tarixi daşıyır. Bu da ölkənin tarixində, mədəniyyətində rəqs sənətinin nə dərəcədə böyük əhəmiyyətə malik olduğunu göstərir. Milli rəqslərimizə xas olan və onu başqa xalqların rəqslərindən fərqləndirən səciyyəvi cəhətlər sözsüz ki var. Bu rəqslər vasitasilə hər kəs öz xalqına məxsus olan mənəvi -əxlaqi dəyərləri dərk edə bilir". Sonra isə sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aydın Əliyev BXA-nın tələbələrinə “ Azərbaycan xalq rəqslərində musiqi və xoreoqrafik tərtibatın xarakterik xüsusiyyətləri” mövzusunda ustad dərsi keçib. A.Əliyev instrumental alətlərlə "Nəlbəki", “Turacı”, “Tello”, “Vağzalı”, “Gül dəstəsi”, “Tərəkəmə”, “Azərbaycan”, “Şuşa”, “Əsgərani”, “Qazağı” rəqsi, Tofiq Quliyevin bəstəsi olan “İncəlik” rəqsi, Cahangir Cahangirovun bəstəsi olan “Qəhrəmanlıq” rəqslərini və digər gözəl milli rəqs nümunələrini ifa edib.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür