Azərbaycanın görkəmli teatr və kino aktyoru, rejissor, Əməkdar İncəsənət Xadimi Cahangir Novruzov Türkiyədə “XVI Direklerarası Seyirci Ödülləri” teatr mükafatının qalibi olub.
Senet.az saytının AZƏRTAC-dan əldə etdiyi xəbərə əsasən Adanada keçirilən təqdimat mərasimində həmyerlimizə “Tiyatro için emek ödülü” mükafatı təqdim edilib. Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov bu mükafata Adana teatrının inkişafındakı xidmətlərinə görə layiq görülüb. Mükafatın “Halk jürisi”nin üzvləri 2015-2016-cı ilin teatr mövsümünün ən yaxşılarını müəyyənləşdiriblər.
Münsiflər heyətinin üzvləri Türkiyənin bir çox şəhərlərinin teatrlarında səhnəyə qoyulan tamaşaları izləyərək qalibləri seçiblər. 1995-ci ildən Türkiyədə yaşayan Cahangir Novruzov 20 ildir Adana şəhərində, Çukurova Universitetinin Dövlət Konservatoriyasının teatr bölməsində çalışır.
[gallery columns="4" ids="17924,17923"]
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür