“Çapar” jurnalının “Əhməd bəy Ağaoğlu – 150” xüsusi buraxılışı dərc olunub.
Senet.az xəbər verir ki, bu nömrədə Ağaoğlu ailəsinin üzvlərinin (Əhməd Ağaoğlu, Səməd Ağaoğlu, Sürəyya Ağaoğlu, Əbdürrəhman Ağaoğlu, Tezər Ağaoğlu) həyatları haqqında geniş material təqdim olunub, ölkəmizin tanınan alimlərinin – Vilayət Quliyev, Mehman Dəmirli, Aydın Balayev, Abid Tahirli, Mehdi Gəncəli, Mübariz Süleymanlı və Fərhad Cabbarovun məqalələri yer alıb.
Jurnalda ilk dəfə olaraq Leyla Cavadovanın təqdimatında Əhməd bəyin 1919-1921-ci illərdə sürgün həyatı yaşadığı Malta adasındakı Polverista qalasının bugünkü görüntüləri verilib, Malta qaynaqları əsasında material hazırlanıb.
Qeyd edək ki, dövlət başçısının 10 aprel 2019-cu il tarixli Sərəncamı ilə ölkəmizdə görkəmli mütəfəkkir, ictimai-siyasi xadim Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi qeyd olunur.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür