senetaz

Həsən Əliyev 80 D

30 Aprel 2025 907

Cazibə qanunu - Nisə Kərimova yazır

Cazibə qanunu - Nisə Kərimova yazır

Düşüncə insanın həyatında böyük rol oynayır. Düşüncələr 2 cür olur: pozitiv və neqativ.

Pozitiv düşüncə nədir? Pozitiv düşüncə yaxşı şeylər haqqında düşünməkdir. Pozitiv düşüncə yaxşı düşünməklə yanaşı, hərəkət etməkdən ibarətdir. Məsələn "mən uğurluyam" deməklə kifayətlənməyib, uğurlu olmaq üçün addım atmaqdır pozitiv düşüncə.

Pozitiv düşündükdə əhval-ruhiyyə qalxır, insan özünü yaxşı hiss edir. Bundan da əlavə yaxşı hadisələri özünə cəzb edir hər bir insan. Neqativ düşüncədə olanlar isə əksinə əhval-ruhiyyəsi dəyişir. insan depressiyaya düşür, stressdə olur. Bütün neqativ hallar özünə dönüş edir. Pozitiv insanlar yaxşı şeylər arzulayırlar və özlərini elə aparırlar ki, sanki arzusuna artıq çatıblar. Onlar nə edirlər? Onlar həm də təsəvvür edirlər. Bəli, bir insan ki yaxşı şeylər haqqında fikirləşir, o yaxşı əhval-ruhiyyə ona geri qayıdır. Xəstəlik haqqında danışan və fikirləşənlərin xəstəliyi daha da çoxalır. Amma "mən sağlamam" deyənlər tez sağalır.

Olmuş bir əhvalatı sizə təqdim edirəm. Bir xanım rəfiqəsinə deyir ki, xərçəng xəstəliyinə tutulub. 3 aydan sonra rəfiqəsi ilə görüşüb deyir ki, həkimlər sağlam olduğunu deyib. Sonra deyir ki, bu neçə ay istədiyini yeyib-içib, təbiətdə çoxlu gəzib, mahnılara qulaq asıb yaxşı şeylər haqqında fikirləşib. Bir sözlə, öz istədiyi kimi yaşayıb. Bu da onun sağalmasına kömək edib.

Var-dövlət haqqında fikirləşən insan var-dövlət içində yaşayır. Borclar haqqında düşünənin isə borcları çoxalır. Sonda vurğulamaq istəyirəm ki, nəyi əkərsən, onu da biçərsən.