Azərbaycanın böyük ədibi Cəlil Məmmədquluzadə haqqında yazılmış məqalə, müsahibə, esse, şeir və poemalardan ibarət toplu işıq üzü görəcək. Bu barədə AMEA-nın Ədəbiyyat İnstitutunun doktorantı Elxan Nəcəfov məlumat verib. O, 1970-ci illərdən bu günümüzədək C.Məmmədquluzadə barədə qəzet, jurnal və saytlarda dərc edilən yazılardan ibarət toplu nəşr etməyi planlaşdırır. Kitabda Azərbaycan dilində olan yazılarla yanaşı, yerli və xarici tədqiqatçıların başqa dildə yazdığı yazıları da orijinal halında veriləcək. İlkin adı “Mirzə Cəlil haqqında məqalələr, müsahibələr, esselər və şeirlər” olan bu kitab üzərində işlər 2019-cu ilin ortasına kimi yekunlaşacaq, ilin ikinci yarısında elmi ictimaiyyətə təqdim ediləcək. Kitabın ön sözünün müəllifi Cəlil Məmmədquluzadə irsinin əsas tədqiqatçılarından olan akademik İsa Həbibbəylidir. Tərtibatçı müəllif hesab edir ki, bu kitab böyük ədib Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə oxucular üçün əsl hədiyyə olacaq.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür