senetaz

Həsən Əliyev 80 D

20 Noyabr 2015 214

"Ceyms Bond" Hindistanda senzuraya məruz qaldı

"Ceyms Bond" Hindistanda senzuraya məruz qaldı

spectreHindistanda ekranlara çıxacaq “Ceyms Bond” seriyasının yeni filmi “Spectre” senzuraya məruz qalıb. Belə ki, filmdə yer alan öpüşmə səhnəsi çıxarılıb. Hindistan Film Sənədləşdirmə İdarəsinin verdiyi qərara əsasən, filmdə həmçinin qeyri-etik ifadələrin işlədildiyi iki səhnə də qayçılanıb. Bu hadisə sosial mediada böyük etiraza səbəb olsa da, “Sony Pictures Entertainment” şirkəti filmin bu cür ekranlara çıxmağına razı olub. Qeyd edək ki, Hindistan Kino Sənədləşdirmə İdarəsi bundan əvvəl də “Bozun əlli çaları” filmini qadağan etmişdi.