“Ceyms Bond” obrazı ilə məşhurlaşan aktyor Daniel Kreyq Birləşmiş Millətlər Təşkilatının tərkibində fəaliyyət göstərən Minalarla Mübarizə qrupu ilə Kiprə gedib.
Məşhur aktyor əsgərlərin hazır vəziyyətə gətirdiyi minanı partladıb. Daniel Kreyq mətbuata açıqlamasında minalarla bağlı məlumatlı olduğunu deyib: “Bura gəlməyim mənim üçün çox böyük bir təcrübə oldu.
Film çəkilişləri vaxtı minalarla bağlı mənə məlumat verilmişdi. Ancaq özümün bu ərazilərdə olmağım, tamamilə, başqa hissdir”.
Qeyd edək ki, BMT-nin əsgərləri son 10 ildə Kiprin neytral ərazilərində 27 mindən çox mina zərərsizləşdirib. Ancaq bununla belə minlərlə minanın da ərazidə olduğu güman edilir.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür