Bu gün saat 16:00-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı “Çippolino” tamaşasını nümayiş etdirəcək.
Senet.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Yelena Matsxanaşvili, quruluşçu rəssamı Vaxtanq Koridze, bəstəkarı Şalva Matsxanaşvilidir.
Coni Rodarinin məşhur “Çipollino” əsəri Kukla Teatrının repertuarında da özünün uğurlu səhnə həyatını yaşayır. Məşhur italyan müəllifin “Çipollinonun macəraları” nağıl-povesti əsasında səhnələşdirilən tamaşa cəsarətli soğancıq (italyan dilindən tərcümədə bu mənanı verir) oğlanın bütün maraqlı xüsusiyyətlərini rəngarəng çalarlarla tamaşaçıya çatdırır. Cəsarətli, qorxmaz, qıvraq və ağıllı soğancığın mübarizəsi tamaşanın əsas qayəsidir. Balaca soğancıq daim meyvə-tərəvəzlərin nağıl aləminin qəhrəmanı, onların mühafizəçisi kimi də anlaşılır. Qəddar Limon, zalım Pomidor, lovğa Albalının bütün əməllərini ifşa edir. Sadiq dostları sayəsində qalib gələn soğancıq oğlan bu mənada yaxşı nümunədir. Uşaqlara qorxmazlığı, cəsarəti və hər zaman dürüst olmağı təlqin edir.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür